Əfqan Sadıqov həbs edildi

Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bununla bağlı təşəbbüsü Tbilisi şəhər sakrebulosu (şura) irəli sürüb.
 
Meydana Birinci Demokratik Respublika adının verilməsi təklif olunur.
 
Tbilisi şəhər sakrebulosunda təkliflə bağlı mayın 2-də müzakirələr aparılacaq. 
 
Qeyd edək ki, sözügedən meydan 1983-cü ildə açılıb və Respublika meydanı adlandırılıb. 3 dekabr 2005-ci il tarixində isə meydana “Qızılgül inqilabı” adı verilib.
 
Bu il Gürcüstanda ilk respublikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.
Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər - Milliyol.az