Əfqan Sadıqov həbs edildi

Taliban:“Kabildə zərbələrin hədəfi Pentaqon rəhbəri olub“


Kabildə hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb

Trend-in məlumatına görə, qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Bu gün səhər saatlarında Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər edib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə hava limanına 30-dək raket zərbələri endirilib. Bununla əlaqədar olaraq, hava limanında bütün reyslər ləğv olunub.

MilliYol.Az
Taliban:“Kabildə zərbələrin hədəfi Pentaqon rəhbəri olub“ - Milliyol.az