Əfqan Sadıqov həbs edildi

Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar


Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar

MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib.
 
O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.
 
Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
 
Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar - Milliyol.az