Sumqayıtda körpə qaynar sudan yanıb


Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb

Reportun yerli bürosunun verdiyi məlumata görə, hadisə 4-cü məhəllə ev 13/20 mənzil 20 də qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda körpə qaynar sudan yanıb - Milliyol.az