Sumqayıtda fəhləni maşınla vuran sürücü qaçıb


Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un yerli bürosunun məlumatına görə, Hacı Zeynalabdin qəsəbəsindəki marketlərin birində fəhlə işləyən 1999-cu il təvəllüdlü İsrafilov Eldəniz Mübariz oğlu həmin ərazidə yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Sürücü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.