Stalik Xankişiyev: Azərbaycanlılar, kül başınıza!


Rusiyada tanınmış aşbaz, aparıcı Stalik Xankişiyev azərbaycanlıları tənqid edib

Oxu.Az xəbər verir ki, S.Xankişiyevi azərbaycanlı xanəndə Alim Qasımovun mahnılarının “Youtube”da az baxış sayı olması qəzəbləndirib. O, qəzəbini “Facebook” səhifəsində belə ifaə edib:

“Azərbaycanlılar! Kül başınıza. Nə vaxta qədər silikon dodağı, üçüncü cinsdən olan müğənniciklərə qulaq asıb, bunu Azərbaycan mahnıları adlandıracaqsınız? Bu, Alim Qasımovun “Youtube” kanalıdır. Burada bir mahnıya 100-dən çox baxış yoxdur. Heç utanırsınız?”, – məşhur aşbaz yazıb.

S.Xankişiyev Alim Qasımova öz menecerini dəyişməyi məsləhət görüb.
Stalik Xankişiyev: Azərbaycanlılar, kül başınıza! - Milliyol.az