Əfqan Sadıqov həbs edildi

Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir


ABŞ əhalisinin yarısından bir qədər az hissəsi (42%) dövlət başçısı Donald Trampı ölkə tarixinin ən pis prezidentlərindən biri hesab edir

MilliYol.Az "Report" -a istinadən xəbər verir ki, "Marist Poll" şirkətinin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.

Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident sayılacağına inanır. Respondentlərin cəmi 7%-i onun ABŞ tarixinin ən yaxşı prezidenti olacağını düşünür.

"Donald Trampın prezidentliyinin ilk ilinin geridə qalan xeyli müddəti ərzində reytinqinin aşağı olması tarixin onu necə mühakimə edəcəyi ilə bağlı gözləntilərini azaldıb", - şirkət nümayəndəsi Li M.Mirinqoff bildirib.

MilliYol.Az
Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir - Milliyol.az