Əfqan Sadıqov həbs edildi

Şimali Koreyanın yeni hədəfi - Quam adası


Koreya Xalq Ordusunun məlumatına görə, Şimali Koreya hərbçiləri Sakit Okeanın Quam adasında yerləşən ABŞ-a məxsus hərbi obyektlərə qabaqlayıcı zərbələr vurmaq üçün plan hazırlayıb

Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, zərbələrin orta mənzilli “Hvason-12” ballistik raketlər vasitəsilə endiriləcəyi planlaşdırılır.

 Mümkün hədəflər arasında B-52 tipli strateji bombardmançı təyyarələrin yerləşdiyi “Andersen” aviabazası da var. KXDR lideri Kim Çen In tərəfindən müvafiq əmr veriləcəyi təqdirdə hazırlanan plan həmin an icra olunacaq.

Xatırladaq ki, avqustun 5-də BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnaməni qəbul edib. Addım KXDR-in iyul ayında keçirdiyi raket sınaqlarına qarşı cavab tədbiri kimi atılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şimali Koreyanın yeni hədəfi - Quam adası - Milliyol.az