Şimali Koreyanın nüvə poliqonu çökdü: 200 ölü


Şimali Koreyanın nüvə sınaqlarını keçirdiyi "Punggye" hərbi bazasında faciə baş verib

Оxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, nüvə silahı sınaqları zamanı sözügedən ərazidə yerləşən tunel çöküb. 

Nəticəsində 200-ə yaxın insanın həlak olduğu deyilir.

Hadisə 20 gün sonra mediaya açıqlanıb. Xəbər agentlikləri çökmə nəticəsində 100-ə yaxın insanın da torpaq altında qaldığı bildirir.

Qeyd edək ki, hadisəyə səbəb kimi mart ayında sınaqdan keçirilən nüvə silahı nəticəsində torpaq qatının zəifləməsi göstərilir.

MilliYol.Az
Şimali Koreyanın nüvə poliqonu çökdü: 200 ölü - Milliyol.az