Əfqan Sadıqov həbs edildi

Şimali Koreya ABŞ nümayəndəsi ilə görüşü ləğv edib


Rəsmi Pxenyan oktyabrın sonunda ABŞ nümayəndəsi ilə görüşü son anda ləğv edib

APA-nın xəbərinə görə, bu barədə Yaponiyanın “TBS” telekanalı məlumatlı mənbələrə istinadən məlumat verib.

Görüş Norveçin paytaxtı Osloda baş tutmalı imiş. Ehtimala görə, buna Koreya yarımadasında ABŞ-ın keçirdiyi hərbi təlimlərin miqyasının genişləndirilməsi olub.

Telekanala görə, Osloda ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun və KXDR XİN-in Şimali Amerika departamentinin direktoru Tsoy Son Xi arasında görüş nəzərdə tutulubmuş.

MilliYol.Az
Şimali Koreya ABŞ nümayəndəsi ilə görüşü ləğv edib - Milliyol.az