Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı


Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, şahzadə Məhəmməd ben Salman Əl Saud İranın ali dini lideri Əli Xamneyini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ mətbuatına müsahibəsində deyib.
 
Şahzadə İranın Yaxın Şərqdə nüfuzunun yayılmasına qarşı tədbirlər görülməli olduğunu bildirib:

“Avropanın nümunəsində görürük ki, xoş niyyətlə yanaşmaq alınmır. İstəmirik ki, İranın yeni Hitleri Yaxın Şərqdə Avropada olanları təkrarlasın”.
 
İran və Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər zaman-zaman kəskin açıqlamalara səbəb olur.

MilliYol.Az
Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı - Milliyol.az