“Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar” – Ərdoğan


“Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm”

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, cəzasını alacaq: “Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.

MilliYol.Az
“Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar” – Ərdoğan - Milliyol.az