Sərnişin avtobusu aşdı - Xəsarət alanlar var


Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.
Sərnişin avtobusu aşdı - Xəsarət alanlar var - Milliyol.az