Sərhədi keçən Azərbaycan vətəndaşının kəmərinin altından 4 telefon çıxıb


Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi avtomobillə gələn ölkə vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib

DGK-dən verilən xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərindəki kəmərinin altında gömrük nəzarətindən gizlədilmiş "Samsung Galaxy J3" markalı 4 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Sərhədi keçən Azərbaycan vətəndaşının kəmərinin altından 4 telefon çıxıb - Milliyol.az