Senator Süleyman Kərimovun saxlanma müddəti uzadıldı


Məlumatlı mənbənin sözlərinə görə, Fransada Rusiya senatoru Süleyman Kərimovun saxlanma müddəti uzadılıb

Virtualaz.org bildirir ki, xəbəri "İnterfaks" yayıb.

"Saxlanma müddəti daha 24 saat uzadılıb, gün ərzində hadisələrin necə inkişaf edəcəyini gözləyirik", — deyə nəşr bildirib.

Federasiya Şurasında Beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev də bu informasiyanı təsdiq edib.

Daha əvvəl isə bildirilirdi ki, Fransada Kərimovla bağlı məsələni Dağıstanda da izləyirlər.

MilliYol.Az
Senator Süleyman Kərimovun saxlanma müddəti uzadıldı - Milliyol.az