Əfqan Sadıqov həbs edildi

Sarqsyanın qardaşı aksiya iştirakçılarının mühasirəyə aldığı binadan çıxa bilmir


Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Levon Sarqsyan müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilmir

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, o, Xarici İşlər Nazirliyinin binasından hadisələri izləyir.

Qeyd edək ki, etiraz aksiyası iştirakçıları Ermənistan Baş Prokurorluğu, XİN, Diaspor Nazirliyi və Dövlət Gəlirləri Komitəsini mühasirəyə alıblar.

Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə “xalq məxməri inqilabı”nın başlandığını elan edib.

MilliYol.Az
Sarqsyanın qardaşı aksiya iştirakçılarının mühasirəyə aldığı binadan çıxa bilmir - Milliyol.az