Əfqan Sadıqov həbs edildi

Sarkisyanın partiyası hakimiyyətdən rəsmən imtina edir

"Ermənistanın hakim Respublikaçılar Partiyası mayın 8-də keçiriləcək seçkidə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək"

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu hakim partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın Respublikaçılar Partiyası parlamentin üçdə birinin dəstəyini qazanacaq namizədə səs verəcək: "Bizim namizədimiz olmayacaq. Amma ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq".

O, Ermənistanda etiraz aksiyalarının iştirakçılarını yolların, magistralların, aeroportun blokadasına son qoymağa və konstitusiya müstəvisinə qayıtmağa çağırıb.

Xatırladaq ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.
Sarkisyanın partiyası hakimiyyətdən rəsmən imtina edir - Milliyol.az