Sarkisyan müşavirini və mətbuat katibini işdən çıxardı


Səlahiyyət müddəti bu gün başa çatacaq Ermənistan prezidenti Serj Sarkisyan baş müşaviri və mətbuat katibi Aram Qaribyanı tutduğu vəzifədən azad edib

“Ermənistan xəbərləri” portalı yazır ki, S.Sarkisyan aprelin 9-da bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, apelin 9-da günorta saatlarında S.Sarkisyanın səlahiyyət müddəti başa çatacaq. Armen Sarkisyan saat 12-də Ermənistanın yeni prezidenti kimi and içəcək.

MilliYol.Az
Sarkisyan müşavirini və mətbuat katibini işdən çıxardı - Milliyol.az