Əfqan Sadıqov həbs edildi

Sarkisyan Gürcüstana gedir


Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə mayın 26-da Tbilisiyə səfər edəcək

APA-nın yerli bürosu Gürcüstan prezidentinin administrasiyasına istinadla xəbər verir ki, bu barədə A.Sarkisyan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə telefon danışığında bildirib.

A.Sarkisyanın təşəbbüsü ilə baş tutmuş telefon söhbətində Gürcüstan-Ermənistan münasibətləri müzakirə olunub. O, Gürcüstan prezidentini Ermənistandakı vəziyyət barədə məlumatlandırıb.

G.Marqvelaşvili isə öz növbəsində bildirib ki, Ermənistandakı prosesləri diqqətlə izləyir və qonşu ölkədə əmin-amanlıq Gürcüstan üçün olduqca vacibdir.
Sarkisyan Gürcüstana gedir - Milliyol.az