Əfqan Sadıqov həbs edildi

Sarkisyan Ermənistanın hakim partiya sədrliyindən də getdi


Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanhakim Respublika Partiyasının sədrliyindən də istefa verib

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.

Partiyaya hələlik yeni sədr seçilməyib.
Sarkisyan Ermənistanın hakim partiya sədrliyindən də getdi - Milliyol.az