Şamaxı və Ağdaş rayonlarında yol-nəqliyyat hadisəsi baş verib
Şamaxı şəhər sakini, 2008-ci il təvəllüdlü Məlikov Mehdi Azər oğlu yolu keçərkən avtomobil onu vurub. Ayağından ağır xəsarət alan uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ağdaş rayonunun Şəkili kənd sakini, 2008-ci il təvəllüdlü Eyyubov Məhəmməd İlyas oğlunu isə oxuduğu orta məktəbin qarşısında avtomobil vurub. Başından ağır xəsarət alan Məhəmməd İlyasov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.
MilliYol.Az































