Sahil Babayev sabiq sığorta sədrinə yeni vəzifə verdi (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sabiq sədri Azər Əliyevə vəzifə verib.
 
Qaynarinfo-nun məlumatına görə, nazirin 10 yanvar 2023-cü il tarixli müvafiq əmri ilə Azər Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 
 
Qeyd edək ki, Azər Əliyev 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər” DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter” Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası”nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib.
 
Sahil Babayev sabiq sığorta sədrinə yeni vəzifə verdi (FOTO) - Milliyol.az