Sabiq məhkumda narkotik aşkarlandı

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Sabiq məhkumda narkotik aşkarlandı - Milliyol.az