Əfqan Sadıqov həbs edildi

Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir


Ukraynanın paytaxtı Kiyevdə iki minə yaxın insanın iştirakı ilə Ali Radanın qarşısında mitinq keçirilir

MilliYol.Az AzVision.az-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası “Yeni güclər hərəkatı”da daxil olmaqla bir sıra siyasi qüvvələrin təmsilçiləri Ali radanın qarşısında toplaşıblar. 

Etirazçılar deputatların toxunulmazlığının ləğvini, korrupsiya əleyhinə məhkəmənin yaradılmasını və seçki qanunvericiliyinə dəyişikliklərin edilməsini tələb edirlər. 

Ukrayna Ali Radasının sədri Andrey Parubiy müvafiq komitəyə deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı qanun layihələrinin nəzərdən keçirilməsi üçün təklif verib. 

MilliYol.Az
Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir - Milliyol.az