“Rusiyanın əməllərinə biganə qalan BMT-yə nifrət edirəm” - ABŞ-ın BMT-dəki səfiri


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu təşkilatda daha əvvəl ölkəni təmsil etmiş və hazırda prezidentin müşaviri olan Con Bolton kimi, BMT-yə nifrət etdiyini bildirib

APA-nın xəbərinə görə, bu barədə o, Şimali Karolina ştatında yerləşən Duk Universitetində (Duke University) tələbələrin suallarını cavablandırarkən deyib.

N. Heyli BMT-ni 2014-cü ildə Rusiya Krımı işğal və ilhaq etdiyi zaman, eləcə də Suriya məsələsində və Skripal olayında fəaliyyətsizlikdə günahlandırıb: “2014-cü ildə Rusiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropanın sərhədlərini pozaraq Ukrayna ərazisinə müdaxilə edib, Krımı udarkən BMT dayanıb baxırdı. Rusiya öz əməllərini Ukraynanın şərqində davam etdirir”.
“Rusiyanın əməllərinə biganə qalan BMT-yə nifrət edirəm” - ABŞ-ın BMT-dəki səfiri - Milliyol.az