Əfqan Sadıqov həbs edildi

Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var


Rusiyada hərbi poliqonda partlayış baş verib

APA-nın Rusiya bürosunun Qərb Hərbi dairəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış zamanı bir hərbçi ölüb, 5 nəfər yaralanıb.

"Bu gün yerli vaxtla saat 12:30 radələrində Leninqrad vilayətində yerləşən poliqonda keçirilən tanklardan planlaşdırılmış atış zamanı mərmi altı nəfər mühəndis istehkamçısının yaxınlığında partlayıb. Nəticədə bir hərbçi ölüb, 5-i yaralanıb", - deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var - Milliyol.az