Əfqan Sadıqov həbs edildi

Rusiya təhlükədən döndü – Çindən gətirilən 20 ton yerfındığı zəhərli çıxıb


Rusiyanın Vladivostok şəhərində 20 tona yaxın yerfındığı saxlanılıb

Trend-in məlumatına görə, Nəzarət İdarəsi məhsulun Çindən tədarük edilməsi barədə bildirib.

İdarənin yaydığı məlumata görə, məhsulun satışa buraxılmasının qarşısının alınmasına səbəb yerfındığında zəhərli maddə aşkarlanması olub. Belə ki, qeyd olunub ki, məhsullarda kadmium toksik maddəsinin həcmi 1,5 dəfə artıq olub.

Hazırda həmin məhsulun məhv edilməsi və ya geri qaytarılması məsələsi müzakirə olunur.

Bu dövrdə xəbər yoxdur.

Rusiya təhlükədən döndü – Çindən gətirilən 20 ton yerfındığı zəhərli çıxıb - Milliyol.az