Rusiya Şimali Qafqazda raketdən müdafiə sistemini gücləndirdi

Rusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri əlavə edilib

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.  

“Cənub Hərbi Dairəsində hava sərhədinin və strateji əhəmiyyətli obyektlərin qorunması üçün ən yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri döyüş növbəsinə başlayıb”, - deyə Vadim Astafyev vurğulayıb.

Onun sözlərinə görə, yeni komplekslərin yerləşdirilməsi üçün mövqelərin maskalanması təmin edilib.(APA)   
Rusiya Şimali Qafqazda raketdən müdafiə sistemini gücləndirdi - Milliyol.az