Əfqan Sadıqov həbs edildi

Rusiya qoşunları daha 50 il Suriyada qalacaq


Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.

Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.

Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiya qoşunları daha 50 il Suriyada qalacaq - Milliyol.az