Əfqan Sadıqov həbs edildi

Rusiya prezidenti oktyabrın əvvəlində Türkmənistana səfər edəcək


Rusiya prezidenti Vladimir Putin oktyabrın əvvəlində Türkmənistana rəsmi səfər edəcək

Bu barədə "Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də Türkmənistana rəsmi səfər edəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, danışıqların yekununda Rusiya və Türkmənistan arasında sənədlərin imzalanacağı gözlənilir.

Müzakirələr zamanı siyasi, iqtisadi, ticarət, elmi-tədris və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının əsas məsələləri, eləcə də aktual regional problemlər müzakirə olunacaq.

MilliYol.Az
Rusiya prezidenti oktyabrın əvvəlində Türkmənistana səfər edəcək - Milliyol.az