Əfqan Sadıqov həbs edildi

“Rusiya heç vaxt dostumuz olmayacaq” - ABŞ-ın BMT-dəki səfiri


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, N. Heyli bunu CBN-ə müsahibəsində deyib.

"Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır", - səfir vurğulayıb.

Səfirin fikrincə, Donald Trampın Vladimir Putinlə görüşü baş verməli idi. O, Vaşinqtonun Moskvaya münasibətdə yeritdiyi siyasətdən razı olduğunu söyləyib.

Xatırladaq ki, iyulun 16-da Helsinkidə ABŞ və Rusiya prezidentləri arasında görüş keçirilib.

Bu dövrdə xəbər yoxdur.

“Rusiya heç vaxt dostumuz olmayacaq” - ABŞ-ın BMT-dəki səfiri - Milliyol.az