Əfqan Sadıqov həbs edildi

Rusiya: ABŞ-la münasibətimiz FTB-yə görə korlanıb


ABŞ Dövlət Departamenti Rusiya ilə münasibətləri normaya salmaq istəyir. Lakin görünür ki, Vaşinqtonun bu məsələdə vahid fikri yoxdur

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Bu həftə ABŞ-da Rusiyanın diplomatik nümayəndəliklərinin binalarında Federal Təhqiqatlar Bürosu tərəfindən təşkil edilən axtarışlar haqqında çox şey söylənilib. Bizdə olan məlumata görə, Rusiya diplomatlarına qarşı yaradılan münasibətin arxasında Amerika xüsusi xidmət orqanlarının əməkdaşları durur”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Rusiyanın San-Fransiskodakı Konsulluğunu və iki ticarət missiyasını qapatmışdı. Moskvanın bu ölkədəki diplomatik nümayəndəliklərində axtarış aparılmışdı.

MilliYol.Az
Rusiya: ABŞ-la münasibətimiz FTB-yə görə korlanıb - Milliyol.az