Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytarıb


Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb

MilliYol.Az APA-ya  istinadən xəbər verir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.

Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.

Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.

MilliYol.Az
Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytarıb - Milliyol.az