Ruhani: “ABŞ sazişi poza bilməz”


ABŞ-ın İrana qarşı fəaliyyətləri “altılıq”la Tehran arasındakı nüvə sazişini poza bilməz

Axar.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani danışıb.

Ruhani sazişin pozulmasına ümid edənlərin yanıldığını və Trampın buna qadir olmadığını qeyd edib.

Qeyd edək ki, rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə nüvə sazişi imzalayıb.
Ruhani: “ABŞ sazişi poza bilməz” - Milliyol.az