Roqozin Suriyada Bəşər Əsədlə danışıqlar apardı


Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu gün Suriyaya işgüzar səfəri çərçivəsində prezident Bəşər Əsəd, baş nazir İmad Hamis və xarici işlər naziri Valid Muallemlə görüşüb

Virtualaz.org Ren.TV-yə istinadən bildirir ki, o, səfərin gedişatında həmçinin Rusiyaya məxsus "Hmeymin" təyyarə bazasına baş çəkib və orada müşavirə keçirib.

Roqozin səfər zamanı Suriya xalqının Rusiya Federasiyasına böyük ümidlə baxdığına əmin olduğunu bildirib.
Roqozin Suriyada Bəşər Əsədlə danışıqlar apardı - Milliyol.az