Əfqan Sadıqov həbs edildi

“Real Madrid”in yeni baş məşqçisi məlum oldu


Madridin “Real” klubunun yeni baş məşqçisinin adı açıqlanıb

Modern.az xəbər verir ki, klubun saytının yaydığı məlumata görə, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. 


İspaniyalı çalışdırcı dünya çempionatından sonra “Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki,  Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.

Bu dövrdə xəbər yoxdur.

“Real Madrid”in yeni baş məşqçisi məlum oldu - Milliyol.az