Əfqan Sadıqov həbs edildi

Qırğızıstanda yenidən qarışıqlıq yarana bilər – Atambayev narahatdır


Qırğızıstan prezidenti Almazbek Atambayev oktyabrın 15-nə təyin edilən prezident seçkilərinin yekunlarına görə ölkədə sabitliyin pozula biləcəyindən narahatdır. Bununla yanaşı, o, buna imkan verməyəcəklərini bəyan edib

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“İndi hökumətin seçkilərdən sonra ölkəni qarışdırmaq üçün inzibati resurslardan istifadə edəcəyinə dair söz-söhbətlər dolaşır. Xatırlatmaq istəyirəm ki, dekabrın 1-dək ölkə prezidentiyəm və ölkəmizdə yenidən qarışıqlıq salmaq istəyənləri sərt şəkildə cəzalandırmaq üçün kifayət qədər vaxtım olacaq. Özü də bütün xalq məni dəstəkləyir”, – A.Atambayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün Qırğızıstanda inzibati resursdan yox, maliyyə resurslarından qorxmaq lazımdır.

Dövlət başçısı respublikanı idarə etdiyi 6 il ərzində iqtisadiyyat və xarici siyasətdə müsbət irəliləyişlərin olduğunu qeyd edib.

Qeyd edək ki, A.Atambayevin prezidentlik müddəti bu il dekabrın 1-də başa çatır və konstitusiyaya görə, o, yenidən prezident seçilə bilməz.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qırğızıstanda yenidən qarışıqlıq yarana bilər – Atambayev narahatdır - Milliyol.az