Əfqan Sadıqov həbs edildi

Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlanılıb



Qırğızıstanın Seçkilər və Referendumlar Mərkəzi Komissiyası ölkədə oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlayıb

İlk olaraq müxalifətdəki “Ata-Məkan” partiyasının lideri Omurbek Tekebayevin nümayəndələri komissiyaya müraciət ediblər və namizədin ərizəsi qəbul olunub.

Seçkilərlə bağlı iyunun 15-dən namizədlərin irəli sürülməsi kampaniyasına start verilib və proses avqustun 1-dək davam edəcək. Avqustun 26-dək isə namizədlərin hər biri 30 min seçicinin imzasını toplamalı, komissiyanın hesabına 1 milyon som (15 min dollar) məbləğində vəsait köçürməlidir.

Ekspertlərin rəyinə görə, prezident seçkilərində 15 namizədin iştirak edəcəyi gözlənilir. (Azərtac)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlanılıb - Milliyol.az