Əfqan Sadıqov həbs edildi

Qətərin xarici işlər nazirinin Rusiyaya səfəri Putinsiz keçəcək


MilliYol.Az AzPolitika.info-ya istinadla verdiyi xəbərə görə, Qətərin xarici işlər naziri Mühəmməd bin Əbdül Rəhman bin Əl Taninin iyunun 10-a Rusiyaya planlaşdırılan səfəri prezident Vladimir Putinin iştirakı olmadan keçəcək

Kremlin mətbuat katibi Dmitri Peskova istinadla, xəbəri «RİA Novosti» agentliyi yayıb.

«Rusiya Prezidenti Qətərin xarici işlər naziri ilə görüşəcəkmi?» – sualına Peskov qısa cavab verib: «Yox!»
Bu arada, gözlənildiyi kimi, Əl Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bandan əvvəl xəbər verildiyi kimi, 10 dövlət, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı (SƏ) Doha ilə diplomatik əlaqələri kəsib. Onlar Qətəri, ekstremistləri, o cümlədən, «İslam dövləti» qruplaşmasını dəstəkləməkdə günahlandırırlar.

Bundan başqa, onların fikrincə, Doha digər dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri göstərir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qətərin xarici işlər nazirinin Rusiyaya səfəri Putinsiz keçəcək - Milliyol.az