Əfqan Sadıqov həbs edildi

Putinin zirehli limuzini satışa çıxarılıb


Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb

Oxu.Az-ın Lenta.ru-ya istinadla məlumatına görə, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır.

Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir.

“Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, – elanda deyilir.

Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur.
Putinin zirehli limuzini satışa çıxarılıb - Milliyol.az