Əfqan Sadıqov həbs edildi

“Putinin Trampa İranın məktubunu verəcəyi barədə yayılan məlumatlar doğru deyil”

“İranın məktubunu Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa verəcəyi barədə yayılan məlumat doğru deyil”

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Xairic İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya və ABŞ bu danışıqlarda ikitərəfli mövzuları müzakirə edəcəklər. Bunun İrana heç bir aidiyyəti yoxdur”, - deyə Bəhram Qasemi vurğulayıb.

İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.




MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Putinin Trampa İranın məktubunu verəcəyi barədə yayılan məlumatlar doğru deyil” - Milliyol.az