Əfqan Sadıqov həbs edildi

Putinin saatı 1 milyon avroya satılacaq! - Hərracda


MilliYol.Az AzPolitika.info-ya istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinə məxsusluğu ehtimal olunan «Patek Philippe 5208P» markalı saatı hərrac yolu ilə 1 milyon avroya satacaqlar

Xronometrlə birlikdə, alıcı bundan əvvəlki sahibinin adı yazılmış sənədləri də alacaq.

Hərrac Monakoda keçiriləcək. Bu barədə Fransanın həftəlik «Le Point» nəşri xəbər verib.

Nəşrin yazdığına görə, Rusiya liderinin saatlara vurğunluğu hamıya bəllidir. Hərraca qoyulmuş sözügedən saat nəinki ən yaxşı markalardandır, həm də ən bahasındandır. O, əbədi təqvimlə, xronoqrafla və repiterlə təchiz olunub.

«Mümkündür ki, saatın sahibi Rusiya Prezidentinin «tam adaş»ı olsun. Ancaq saatı satışa çıxarmış şəxs barədə informasiya verilmir».

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Putinin saatı 1 milyon avroya satılacaq! - Hərracda - Milliyol.az