Əfqan Sadıqov həbs edildi

Putin özü haqqında çəkilən filmdən danışdı


Amerika kinorejissoru Oliver Stonun Rusiya prezidenti Vladimir Putin haqda çəkdiyi film bu günlərdə nümayiş olunacaq

Kulis.Az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film Putinlə rejissor Oliver Stounun intervüsü əsasında qurulub və onlar 4 seriyalı film boyunca müxtəlif mövzulardan danışırlar. 

Epizodlardan birində  V.Putin Stenli Kubrikin “Doktor Streynclav və ya necə oldu ki, mən daha qorxmadım və bombanı sevdim” filminə şərh verir. Onun fikrincə müəllif  “texniki nöqteyi-nəzərdən bir çox məsələləri əvvəlcədən görürmüş”. Filmi şərh edərkən Putin silahlanmanın müasirləşdikcə mürəkkəbləşdiyini və təhlükəli şəkil aldığını söyləyib.
 
Xatırladaq ki, Oliver Stounun 4 seriyalı “Putinlə müsahibə” filmi iyunun 19-22-də Rusiyanın birinci kanalında nümayiş olunacaq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Putin özü haqqında çəkilən filmdən danışdı - Milliyol.az