Prezident İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gedib

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

“Franyo Tucman” aeroportunda Azərbaycan Prezidentini Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

MilliYol.Az

Prezident İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gedib - Milliyol.az