Əfqan Sadıqov həbs edildi

Polis SOCAR-a məxsus şirkətdə axtarışa başladı

"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.
 
Əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir. Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır. Saxlanılanlar barədə məlumat yoxdur.
 
Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan başqa, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib. (APA)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Polis SOCAR-a məxsus şirkətdə axtarışa başladı - Milliyol.az