Əfqan Sadıqov həbs edildi

Polis kollecinə silahlı hücum: 48 ölü, 100 yaralı - FOTOLAR

Naməlum silahlılar Pakistanın Kvetta şəhərində polis kollecinə basqın edib edib.

Musavat.com-un məlumatına görə, silahlılar kollecdə olan kursantları girov götürüb. Daha sonra terrorçularla kollecin mühafizəçiləri arasında atışma baş verib. Kollec binasından ard-arda iki dəfə partlayış səsi eşidilib. Atışma uzun müddət davam edib. Hadisə yerinə canlı qüvvə, hərbi helikopterlər, təcili tibbi yardım maşınları cəlb edilib. 

5 saat davam edən əməliyyatdan sonra girovları azad etmək mümkün olub.  Girovların sayı dəqiq bilinməsə də, kollecdə 200 nəfərin olduğu ehtimal edilirdi. 

İlkin məlumata əsasən, terrorçulardan 3-ü məhv edilib, girov götürülən kursantların hamısı xüsusi əməliyyat nəticəsində azad edilib.

"Reuters"in məlumatına görə, hadisə nəticəsində 48 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Girovların azad edilməsi əməliyyatı 5 saat davam edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Polis kollecinə silahlı hücum: 48 ölü, 100 yaralı - FOTOLAR - Milliyol.az