Əfqan Sadıqov həbs edildi

Peterburqda terakt hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanıldı


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb

Saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır.

Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.

Rusiya Baş Prokurorluğun məlumatına görə, bu ilin ilk yarısında hüquq-mühafizə orqanları 12 terror aktının qarşısını alıb. Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.(APA)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Peterburqda terakt hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanıldı - Milliyol.az