Əfqan Sadıqov həbs edildi

Paşinyanı ilk Putin təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyana təbrik teleqramı göndərib

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.

“Ümid edirəm ki, sizin hökumət rəhbərliyindəki fəaliyyətiniz ölkələrimiz arasındakı dostluq, müttəfiqlik əlaqələrin daha da möhkəmləndirilməsinə, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək”, - təbrik mətnində yazılıb.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə seçib.


MilliYol.Az
Paşinyanı ilk Putin təbrik etdi - Milliyol.az