Əfqan Sadıqov həbs edildi

Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”


Ermənistan baş naziri Nikol Paşinyan “Exo Moskvı” radiostansiyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü ilə bağlı təəssüratlarını bölüşüb

Virtualaz.org-un məlumatına görə, Paşinyan Putini başqa cür təsəvvür etdiyini etiraf edib.  

Onun sözlərinə görə, rus liderin səmimi insan olması onun üçün “xoş sürpriz” olub.

“Əlaqələrimizdə məni nə qane edir? İkimiz də səmimiyik və sözü birbaşa deyirik. Moskva səfərindən sonra mən dedim ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə qaranlıq tərəflər olmamalıdır”, - Paşinyan bildirib.

O əlavə edib ki, bu, Rusiya və Ermənistanın hər şeydə razılaşacağı anlamına gəlmir. Paşinyan əlavə edib ki, söhbət “səmimi” münasibətlərdən gedir.

Bundan əvvəl, Paşinyan Putinlə Moskvada keçirdiyi görüşü effektiv hesab edib.

Bu dövrdə xəbər yoxdur.

Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” - Milliyol.az