Paşinyan hakimiyyətdən getməsi üçün şərtləri açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdən getməsi üçün şərtlərini açıqlayıb

Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

“Mən heç kimin hakimiyyəti xalqın əlindən ala bilməyəcəyi vaxt hakimiyyətdən gedəcəyəm”, - o, “Facebook”dakı canlı yayımı zamanı deyib.

Paşinyanın sözlərinə görə, o, xalqın təmsilçisidir.

“Mən zəmanət verməliyəm ki, xalq Ermənistanda hakimiyyətin tamhüquqlu təmsilçisidir”,- erməni lider qeyd edib.

MilliYol.Az